Səni həm əyləndirən, həm də inkişaf etdirən
yarış formatlı viktorinalarla öyrənmək artıq
daha maraqlıdır.
BrainsBattle həm oyun platforması, həm də hər bir şagirdin şəxsi AI müəllimi ilə öyrəndiyi, inkişaf etdiyi və rəqabət mühitində biliklərini möhkəmləndirdiyi yeni nəsil təhsil məkanıdır.
Biz inanırıq ki, öyrənmək əyləncəli və motivasiyaedici olmalıdır. Bu məqsədlə BrainsBattle şagirdlərə müxtəlif imkanlar təqdim edir. Şagirdlər sınaqlar və oyunlar vasitəsilə biliklərini yoxlaya və təkmilləşdirə bilirlər. AI müəllim onların səhvlərini təhlil edir, zəif tərəflərini müəyyənləşdirir və inkişaf üçün fərdi tövsiyələr verir. Qalib gəldikcə və müntəzəm öyrəndikcə defter, qələm, planşet kimi müxtəlif mükafatlar qazanmaq imkanı yaranır. Eyni zamanda, digər şagirdlərlə rəqabətə girərək motivasiyalarını artırırlar.
BrainsBattle təhsili oyunla birləşdirərək, gələcəyin ağıllı və özünəinamlı gənclərini yetişdirməyi qarşısına məqsəd qoyur. Biz təhsili hər kəs üçün əlçatan, fərdi və maraqlı etməyə çalışırıq.